İranın öldürülən hərbi rəhbərləri | SİYAHI

İranın öldürülən hərbi rəhbərləri  | SİYAHI
  01 Mart 2026    Oxunub:2814
Tehran İran Silahlı Qüvvələrinin yüksək rütbəli komandirlərinin həlak olduğunu təsdiqləyib. İran hərbiyyəsinin müharibənin ilk günü ərzində ABŞ və İsrail qüvvələrinin dəqiq nöqtəvi zərbələri nəticəsində öldürülən əsas funksinerləri kimlərdir?
▪️ Əli Şamxani – Ali dini rəhbərin təhlükəsizlik məsələləri üzrə şəxsi müşaviri, İranın Təhlükəsizlik Şurasının katibi. Təhlükəsizlik sahəsində qərarların qəbuluna təsir göstərən əsas şəxslərdən sayılırdı.
▪️ Əziz Nəsirzadə - İranın müdafiə naziri. Həm də Hərbi Hava Qüvvələrinin komandiri və Baş Qərargah sədrinin müavini idi. İranın hərbi sənayesinə də o nəzarət edirdi.
▪️ Mohəmməd Pakpur – İslam İnqilabının Keşikçiləri Korpusunun (“Sepah”) rəhbəri. 2025-ci ilin iyunundan bu vəzifəni tuturdu. Ölkədə etirazların xüsusi qəddarlıqla yatırılmasına rəhbərlik etmişdi.
▪️ Saleh Əsədi – “Hatəmül-Ənbiya” kəşfiyyat bölməsinin rəhbəri, hərbi kəşfiyyatın yüksək rütbəli zabiti.
▪️ Mohəmməd Şirazi – Ali rəhbərin hərbi idarəsinin rəhbəri. Ali dini rəhbər ilə yüksək rütbəli hərbçilərin münasibətlərini koordinasiya edirdi.
▪️ Hüseyn Cəbəl Amelian – Hərbi İnnovasiya və Tədqiqatlar Təşkilatının (SPND) sədri. Nüvə, bioloji və kimyəvi silah sahəsindəki fəaliyyətlərə rəhbərlik edirdi.
▪️ Rza Müzəffəri-Nia – Həmin qurumun keçmiş sədri, nüvə silahının yaradılmasının əsas ideoloqu.
▪️ Seyid Əbdülrəhim Musəvi — general-mayor, Baş Qərargah rəisi.

M. Həsənli
AzVision.az


Teqlər: İran   İsrail   ABŞ  



Xəbər lenti